Sea Breeze
Prezident İlham Əliyev: “Azərbaycan dili xalqımızın milli kimliyinin, dövlət müstəqilliyimizin və mənəvi bütövlüyümüzün rəmzidir”Azərbaycan dili xalqımızın minillik tarixi, mədəni yaddaşı və mənəvi dəyərlərini yaşadan ən böyük sərvətlərimizdəndir. Dövlət dili kimi onun qorunması və inkişafı Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli dil siyasəti bu müqəddəs dəyərlərin möhkəmləndirilməsinə və gələcək nəsillərə təmiz, saf və zəngin şəkildə ötürülməsinə yönəlib.Azərbaycan dilinin zənginliyi, tarixi kökləri və ifadə imkanları haqqında danışan Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, ana dilimiz sadəcə ünsiyyət vasitəsi deyil, milli kimliyimizin və dövlət müstəqilliyimizin mənəvi dayağıdır.Dövlət başçısı qeyd edib:“Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır. Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir”.Bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan dilinə olan dərin sevgisini, eyni zamanda onun dil siyasətində əsas məqsədin – saflığın qorunması və milli özünüdərkin möhkəmləndirilməsi olduğunu bir daha göstərir.Azərbaycan dilinin müasir dövrdə qorunması, inkişafı və geniş istifadəsi istiqamətində dövlət səviyyəsində mühüm addımlar atılmışdır. Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla Azərbaycan dilinin elektron mühitdə işlənməsi, orfoqrafiya və terminologiya sahəsində elmi araşdırmaların genişləndirilməsi, ədəbi dilin norma və qaydalarının möhkəmləndirilməsi istiqamətində böyük işlər görülmüşdür.Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan dilinin saflığının qorunması təkcə dilçi alimlərin deyil, bütün cəmiyyətin üzərinə düşən mənəvi məsuliyyətdir. Ana dilimiz milli düşüncə tərzimizin, adət-ənənələrimizin və dövlət müstəqilliyimizin daşıyıcısı kimi hər bir azərbaycanlının qürur mənbəyidir.Azərbaycan dili əsrlər boyu böyük bir sivilizasiyanın, zəngin ədəbi-bədii irsin və mədəniyyətin daşıyıcısı olmuşdur. Nizami Gəncəvi, Füzuli, Nəsimi, Vaqif, Sabir, Mirzə Cəlil kimi dahilərin yaratdığı ədəbi irs ana dilimizin bədii-estetik gücünü və ifadə zənginliyini dünyaya tanıtmışdır. Müasir dövrdə isə dilimiz dövlət dili statusu qazanaraq, elm, təhsil, mədəniyyət, ədəbiyyat, KİV və beynəlxalq münasibətlər sahəsində geniş şəkildə istifadə olunur.Azərbaycan dilinin nüfuzunun artması təkcə ölkə daxilində deyil, həm də dünyada yaşayan milyonlarla soydaşımız arasında milli həmrəyliyin, birliyin əsas rəmzinə çevrilib. Bu mənada Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan dili bizi bir millət kimi birləşdirən, dünyada tanıdan mənəvi sütundur.Qloballaşma şəraitində informasiya axınlarının artması, texnologiyaların sürətli inkişafı və xarici dillərin təsir imkanlarının genişlənməsi Azərbaycan dilinin saflığının qorunmasını daha da aktual edir. Bu baxımdan Prezident İlham Əliyevin çağırışı həm dövlət qurumları, həm də vətəndaş cəmiyyəti üçün istiqamətverici xarakter daşıyır.Dövlət başçısı vurğulayır ki, xarici sözlərdən həddindən artıq istifadə, dilin orijinallığına və təmizliyinə zərbə vurur. Buna görə də hər bir kütləvi informasiya vasitəsi, təhsil müəssisəsi və ictimai təşkilat dilin normalarına əməl etməli, ədəbi dilin təbliğinə və qorunmasına töhfə verməlidir.Azərbaycan dili xalqımızın mənəvi dünyasının, milli kimliyinin və dövlət müstəqilliyinin ən möhkəm dayaqlarından biridir. Bu dil əsrlərin sınağından çıxaraq, minilliklərin dərin qatlarından bu günə qədər saf və zəngin şəkildə gəlib çatmış, hər mərhələdə xalqımızın mədəni, ədəbi və elmi inkişafına xidmət etmişdir. Ana dilimiz təkcə bir ünsiyyət vasitəsi deyil — o, xalqın ruhunu, tarixini, dünyagörüşünü və milli varlığını özündə yaşadan müqəddəs irsdir.Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan dilinin saflığının qorunması milli məsələdir. Bu, təkcə dilçi alimlərin və müəllimlərin deyil, hər bir vətəndaşın mənəvi borcudur. Dövlət başçısının dilimizlə bağlı çağırışları, həm tarixi köklərimizə sədaqətin, həm də milli birliyin möhkəmləndirilməsinin bariz nümunəsidir.Ana dilimizi qorumaq — milli kimliyimizi, milli dövlətçiliyimizi qorumaq deməkdir. Çünki dil millətin varlığını təsdiq edən ən əsas atributdur. Xalq dil vasitəsilə öz düşüncəsini, ideallarını və mənəvi dəyərlərini ifadə edir. Ona görə də Azərbaycan dövləti dil siyasətini milli ideologiyanın ayrılmaz tərkib hissəsi kimi həyata keçirir.Bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycan dilinin elmi əsaslarla inkişafı, terminoloji vahidliyin təmin olunması, dilin informasiya texnologiyaları mühitində qorunması, ədəbi dil normalarının tədris və kütləvi informasiya vasitələrində təbliği istiqamətində görülən işlər mühüm əhəmiyyət daşıyır. Bu siyasət yalnız bugünkü nəsillər üçün deyil, gələcək Azərbaycan üçün də strateji istiqamət müəyyənləşdirir.Dilin saflığı və zənginliyinin qorunması həm də xalqımızın mədəni müstəqilliyinin əsas göstəricisidir. Xarici təsirlərin artdığı, texnoloji və qlobal proseslərin genişləndiyi bir dövrdə Azərbaycan dilinin qorunması milli təhlükəsizliyin və ideoloji sabitliyin bir hissəsidir. Çünki dilini qoruyan xalq öz kimliyini və gələcəyini qoruyur.Azərbaycan xalqı bu gün öz dövlət dilinə daha çox qürurla yanaşır. Hər bir vətəndaş, xüsusən də gənc nəsil, ana dilinə hörmət etməklə, onu öyrənməklə və düzgün şəkildə işlətməklə milli ruhun daşıyıcısına çevrilir. Təhsil müəssisələrində, elmi tədqiqatlarda, mədəni və ictimai həyatda Azərbaycan dilinin inkişafı istiqamətində aparılan məqsədyönlü işlər bu müqəddəs missiyaya xidmət edir.Azərbaycan dili bu gün 50 milyondan çox insanın ana dili olaraq, təkcə ölkə daxilində deyil, həm də xaricdə yaşayan soydaşlarımız üçün bir birlik və mənəvi bağ rəmzidir. Bu dil bizi birləşdirir, tariximizi, mənəviyyatımızı və gələcəyə olan inamımızı qoruyur.Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan dili bizim milli sərvətimiz, milli kimliyimizin, dövlət müstəqilliyimizin və mənəvi bütövlüyümüzün rəmzidir. Ona görə də dilimizə sahib çıxmaq, onu qorumaq və inkişaf etdirmək hər bir vətəndaşın müqəddəs borcudur.Azərbaycan dövləti və xalqı bu məsuliyyətin dərin mənasını dərk edərək, gələcək nəsillərə təmiz, zəngin və saf Azərbaycan dilini ötürmək əzmindədir. Bu missiya həm mənəvi, həm də vətənpərvərlik borcudur. Azərbaycan dili yaşadıqca, Azərbaycan xalqı da əbədi yaşayacaqdır.Tünzalə Zeyvəliyeva (Arazlı)Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun HİK-nin sədri, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Medinex
ETX
Medinex
ETX
Medinex
ETX