EN

Hava ilə bağlı XƏBƏRDARLIQ - PROQNOZ

Azərbaycanda noyabrın 5-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir.

Bu barədə Day.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Gündüz tədricən kəsiləcək. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-12, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət 80-90 % təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 16-21, dağlarda gecə 0-5, gündüz 5-9 dərəcə isti olacaq.

Chosen
23
49
day.az

10Sources