EN

Qurban Qurbanov Rusiyanın Okko kanalına müsahibə verib VİDEO

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Rusiyanın Okko televiziya platforması Çempionlar Liqasının IV turu çərçivəsində baş tutacaq “Qarabağ” - “Çelsi” oyunu işıqlandırmaq üçün çəkiliş qrupunu Bakıya göndərib.

İdman.Biz xəbər verir ki, Avrokubokların Rusiya üzrə yayım hüquqlarına sahib olan Okko matç öncəsi paytaxtdan reportajlar hazırlayacaq və görüş başlamazdan bir saat əvvəl Tofiq Bəhramov adına Respublika Stadionundan canlı bağlantılar təqdim edəcək.

Oyundan bir gün əvvəl Okko-nun müxbiri “Qarabağ”ın məşqini izləyib və komandanın baş məşqçisi Qurban Qurbanovla qısa müsahibə aparıb.

Ağdam klubunun baş məşqçisi bildirib ki, “Qarabağ”ın 2017-ci ildə üz-üzə gəldiyi “Çelsi” indikindən tamamilə fərqlənir, klubda məşqçi dəyişikliyi baş verib və "zadəganlar"ın oyun fəlsəfəsi tamamilə dəyişib.

"İndi “Çelsi” daha sürətli oynayır, sistem və fəlsəfə fərqlidir” – deyə Q.Qurbanov vurğulayıb.

Məlumat üçün əlavə edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda bu gün İngiltərənin "Çelsi" klubu ilə üz-üzə gələcək. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək. Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edəcək. Azərbaycan çempionu hazırda 6 xalla 15-ci, eyni xala malik olan London təmsilçisi 13-cü sıradadır.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
41
1
icma.az

2Sources