EN

Putin Trampa belə cavab verdi Dünya təəccüb içində

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putinin ABŞ sanksiyalarına reaksiyası Qərbi heyrətə salıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Çinin “ Sohu” nəşri yazıb.

Bildirilib ki, Rusiya liderinin Budapeşt sammitinin ləğvinə  və ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi sanksiyalara cavabı onun gücünü nümayiş etdirib:

“Sanksiyalar elan edildikdən dərhal sonra Putin “Burevestnik” raketinin və “Poseydon” sualtı pilotsuz təyyarəsinin uğurla sınaqdan keçirildiyini açıqlayıb. Qısa müddətdən sonra dövlət başçısı Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin təslim olması üçün şərait yaradılması barədə göstəriş verib. Bu, Rusiyanın strateji yanaşmasını nümayiş etdirir”.

Nəşr Qərb ölkələrinin bu addıma görə təəccübləndiyini vurğulayıb:

“Rusiya təşəbbüsü əlində saxladığını nümayiş etdirdi. Qərb bunu nə qədər uzun müddət inkar etsə, nəticələri ilə mübarizə aparmaq bir o qədər çətin olacaq”.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
26
1
globalinfo.az

2Sources