EN

BƏƏ "Tramp yolu"na töhfə verməyə maraqlıdır

Bu sözləri BƏƏ-nin "Trends Research and Advisory" şirkətinin tədqiqatlar departamentinin direktor müavini Əbdüləziz Əl-Şəhhi İrəvanda keçirilən "Orbeli Forumu 2025: Sülhün və çoxtərəfli əməkdaşlığın inşası" beynəlxalq konfransında dilə gətirib. O vurğulayıb ki, mühüm coğrafi mövqeyə malik sözügedən marşrut müxtəlif iqtisadi layihələr çərçivəsində qiymətləndirilə bilər.

"TRIPP marşrutununfiber-optik rabitə xətlərinin çəkilməsi üçün işlədilməsi planlaşdırılır ki, bu damaliyyə texnologiyası sənayesinin, İT şirkətlərinin və texnologiya layihələrinin inkişafı istiqamətində unikal imkanlar açacaq.TRIPP-in bu cür ümidverici faydalarını nəzərə alsaq, ərəb investorlarının Cənubi Qafqaza artıq maraq göstərmələri təəccüblü deyil",– mütəxəssis bildirib.

(BƏƏ-nin "Trends Research and Advisory" şirkətinin tədqiqatlar departamentinin direktor müavini Əbdüləziz Əl-Şəhhi)

Əbdüləziz Əl-Şəhhi diqqətə çatdırıb ki, BƏƏ regionda logistika mərkəzlərinin(məsələn, Tbilisi Quru Limanı)qurulmasında geniş təcrübəyə malikdir.

"Təcrübəmiz regionun iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıra, ticarət və investisiya sahələrində yeni imkanlar yarada bilər. Əlbəttə, burada sülh və sabitlik xarici investorların cəlbi üçün çox vacib amillərdir. Çünkiistənilən investor əvvəla təhlükəsizlik səviyyəsini, kapitalın mühafizəsi zəmanətini və yerli hökumətin layihələrin dəstəklənməsi və təşviqində rolunu qiymətləndirir",– Əbdüləziz Əl-Şəhhi söyləyib.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin sülh yolu ilə həllinə, Bakı ilə İrəvan arasında nəqliyyat dəhlizinin yaradılmasına dair birgə bəyannamə imzalayıblar. İmzalama mərasimində Donald Tramp Zəngəzur dəhlizindən də danışaraq, ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını, bu müqavilənin daha 99 il uzadılacağını, dəhlizin"Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu"adlanacağını bildirib. Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 15-də ABŞ-nin "Fox News" telekanalınamüsahibəsində,eləcə də sonrakıçıxışlarındasöyləyib ki, imzalanmış saziş və bəyannamədə bütün tərəflər üçün, o cümlədən İran və Rusiya üçün nəzərəçarpan real faydalar var. Eyni zamanda, İran Prezidenti Məsud Pezeşkiyanın avqustun 19-da İrəvana səfəri əsnasında da bu məsələ qiymətləndirilib. O, bu layihələrimüsbət qiymətləndirib.
Aİ:"Tramp yolu"nu dəstəkləməyə hazırıq" | VİDEO

Digər tərəfdən, İran hökuməti ölkənin cənub ucqarındakı Çabahar limanından cənub-şərqdəki Zahidan şəhərinə uzanandəmir yolu layihəsininbaşa çatdırılması üçün fəal işə başlayıb. Avqustun 29-da İranın icra işləri üzrə vitse-prezidenti Məhəmmədcəfər Qaimpənah yerli mətbuata açıqlamasında məlumat verib ki, layihə tamamlananda həm ölkənin dəmir yolu şəbəkəsinə, həm də beynəlxalq dəhlizlərə qoşulacaq. Onun sözlərinə görə, xətt vasitəsilə Çabahar limanından ölkənin şimalına, oradan isə Qafqaza, Rusiyaya və Avropaya zəruri mallar daşınacaq. Beləliklə, İranın regional və qlobal ticarətdə rolu güclənəcək.

Firudin Həmidli
AzVision.az
Chosen
4
2
azvision.az

3Sources