EN

Dünyada 2,8 milyard insan bu xəstəlikdən əziyyət çəkir

ain.az, Medicina portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Miqren və digər baş ağrıları növləri dünyada ən çox yayılmış və əlilliyə səbəb olan sağlamlıq problemlərindən biridir.

Medicina.az xəbər verir ki, bununla bağlı La Trobe Universiteti və Western Health tərəfindən araşdırma aparılıb.

Tədqiqata görə, hazırda dünyada təxminən 2,8 milyard insan baş ağrısından əziyyət çəkir.

Müasir həyat tərzinin baş ağrılarına səbəb olduğunu vurğulayan araşdırmada stressin, oturaq həyat tərzinin, spirtli içki və kofeinin və keyfiyyətsiz yuxunun hamısının baş ağrılarına səbəb olduğu vurğulanıb.

Qeyd olunub ki, 30-44 yaş arası qadınlar və yüksək gəlirli ölkələrdə yaşayanlar baş ağrısı kimi sağlamlıq problemlərindən xüsusilə təsirlənirlər.

Tədqiqatda həmçinin qeyd olunub ki, COVID-19 pandemiyası yeni çətinliklər yaradıb və infeksiya və ya peyvənddən sonra belə baş ağrılarının davam etməsi barədə məlumatlar yayılıb.

Tədqiqatın aparıcı müəllifi, professor Dr. Tissa Vijeratne qeyd edib ki, baş ağrısı problemlərinə qlobal səhiyyə gündəmlərində prioritet verilməlidir. O, səhiyyə investisiyalarının artırılmasına və fərdiləşdirilmiş müalicə proqramlarına ehtiyac olduğunu vurğulayıb.

Aygün

Medicina.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
32
1
icma.az

2Sources