EN

Qrossi: İran zənginləşdirdiyi uranla nüvə silahı hazırlaya bilər

BAKI, 5 noyabr. TELEQRAF

“İsrail və ABŞ-nin zərbələrindən sonra zənginləşdirilmiş uranın demək olar ki, hamısı hələ də İranda qalır”.

Teleqraf xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi “Financial Times” qəzetinə müsahibəsində bildirib.

“Zərər böyükdür, amma bizim qiymətləndirmələrimizə görə, 60, eləcə də 20, 5 və 2 faiz səviyyəsində zənginləşdirilmiş uranın əksəriyyəti, bəlkə də hamısı hələ də oradadır. Materiallar hələ də yerindədir (dağıdılmış nüvə obyektlərində - red.) və bunu hansısa konkret məqsədlə əlaqələndirməsək də, bu qədər yüksək, demək olar ki, silah səviyyəsinə yaxın zənginləşdirmə dərəcəsinə malik uranın mövcudluğu narahatlıq doğurur”, - Qrossi qeyd edib.

Chosen
33
teleqraf.com

1Sources