EN

Goranboyda 16 yaşlı qızı nişanlamaq istədilər, polis müdaxilə etdi...


Goranboy Rayon Polis Şöbəsinə rayonunun Qarasüleymanlı kəndində 2008-ci il təvəllüdlü qızın nişan mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib. Onun sözlərinə görə, polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar. Onlarla profilaktik söhbətlər aparılıb və qanunvericiliyin tələbləri izah edilib.

Mətləb

Chosen
15
32
baki-xeber.com

10Sources