EN

Bu axşam Bakı metrosunda iş saatı uzadılacaq


"Bakı Metropoliteni" QSC "Qarabağ" FK-nın UEFA Çempionlar Liqasındakı oyunu ilə əlaqədar uzadılmış iş rejimində çalışacaq. Bu barədə səhmdar cəmiyyətdən mətbuata bildirilib.

Məlumata əsasən, noyabrın 5-dən 6-na keçən gecə metronun bütün stansiyaları saat 01:00-a qədər girişə açıq olacaq. Bildirilib ki, azarkeşlərin rahat və təhlükəsiz gedişini təmin etmək məqsədilə metropoliten gücləndirilmiş iş qrafikində fəaliyyət göstərəcək. "Gənclik", "Nərimanov" və "28 May" stansiyalarında nəzarət və işçi qüvvəsi artırılacaq. "Gənclik" stansiyasında, həmçinin könüllülər də fəaliyyət göstərəcəklər. Ehtiyat qatarlar zərurət yarandıqda xəttə buraxılmağa hazır olacaq.

Mətləb

Chosen
19
31
baki-xeber.com

10Sources