EN

Ronaldu 15 yaşlı oğluna bahalı avtomobil hədiyyə etdi - FOTO

BAKI, 5 noyabr. TELEQRAF

Portuqaliya və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasının futbolçusu Kriştianu Ronaldu 15 yaşlı oğlu Kriştianu Ronalduya "Lamborgini Urus" hədiyyə edib.

Teleqraf xəbər verir ki, 40 yaşlı hücumçu oğlunun avtomobilin yanında çəkilmiş şəklini sosial şəbəkə hesabında paylaşıb.

Avtomobilin qiyməti təxminən 500 min manatdır.

Bu yaxınlarda oğul Ronaldu Portuqaliyanın U-16 millisinin heyətində Uels yığmasına qarşı qol vurub.

Qeyd edək ki, Kriştianu Ronaldu 2010-cu ilin iyununda doğulub. Onun anasının kimliyi açıqlanmayıb.

Chosen
26
teleqraf.com

1Sources