EN

BBC Trampın çıxışını "redaktə edib" - The Telegraph təfərrüatları açıqlayıb

BBC ABŞ prezidenti Donald Trampın çıxışını "redaktə edib". Çıxış elə təqdim olunub ki, sanki o, amerikalıları Kapitoli təpəsində iğtişaşlara təhrik edirmiş kimi görünüb...

Poliqon xəbər verir ki, bu barədə The Telegraph nəşri əldə etdiyi daxili qeydə istinadən yazıb.

Nəşr iddia edir ki, ABŞ seçkilərindən bir həftə əvvəl yayımlanan Panorama proqramı tamamilə izləyiciləri çaşdırıb. Orada Trampın guya tərəfdarlarına onlarla birlikdə Kapitolidə bütün gücü ilə döyüşəcəyini dediyi göstərilir.

Qeyd olunur ki, əslində ABŞ-ın hazırkı prezidenti o dövrdə "səsinizi dinc və vətənpərvər şəkildə eşitdirmək" üçün onlarla birlikdə gedəcəyini deyib.

"Təhrif olunmuş" görüntülər korporasiyanın redaksiya standartları komitəsinin keçmiş üzvü tərəfindən tərtib edilmiş BBC qərəzliliyi ilə bağlı 19 səhifəlik dosyedə vurğulanıb. Bu sənədin hazırda dövlət idarələrində yayıldığı göstərilir", deyə nəşr qeyd edib.

Sənəddə iddia olunur ki, proqram ABŞ prezidentinin çıxışının başlanğıcını təxminən bir saat sonra dediyi ifadə ilə birləşdirərək demədiyi bir şeyi deməyə məcbur edib.

Nəşr qeyd edir ki, hesabatda yüksək rəhbərliyin və BBC rəhbərinin korporasiyanın öz nəzarət orqanı tərəfindən verilən bir sıra ciddi şikayətləri görməməzlikdən gəlməsi barədə məlumatlar var.

Prezidentin böyük oğlu Donald Tramp BBC-ni vicdansızlıqda və saxta xəbərlərdə günahlandırıb.

Poliqon.info

Chosen
24
6
poliqon.info

8Sources