EN

Filippinda tayfundan ölənlərin sayı 66-ya çatıb

"Kalmaegi" tayfunu nəticəsində Filippində ən azı 66 nəfər ölüb.

Ölkə.az "ABS-CBN News"a istinadla xəbər verir ki, bu barədə Filippin Mülki Müdafiəsinin komissar müavini Bernardo Rafaelito Alejandro məlumat verib.

O bildirib ki, ölümlərdən 49-u Cebu adasında, digər ölüm halları isə Qərbi və Şərqi Visayasda, eləcə də Neqros bölgəsində qeydə alınıb.

Həmçinin əlavə edib ki, fəlakət nəticəsində 26 nəfər hələ də itkin düşüb.

Milli Fəlakət Risklərinin Azaldılması Şurası tayfunun təxminən 706.000 insana təsir etdiyini, onlardan təxminən 348.000-nin təxliyə mərkəzlərində sığınacaq axtardığını açıqlayıb.

Həmidə İbrahimova

Chosen
4
1
olke.az

2Sources