EN

Bosniya və Herseqovinada qocalar evində yanğın olub, 10 nəfər ölüb - YENİLƏNİB

Bosniya və Herseqovinada qocalar evində baş verən yanğında 10 nəfər ölüb, 20-yə yaxın insan xəsarət alıb.

APA “Reuters”ə istinadən xəbər verir ki, yanğının səbəbi hələlik məlum deyil.

Zərərçəkmişlərdən bir neçəsi tüstüdən zəhərlənib.

Yanğın bir saat ərzində söndürülüb.

***

04:55

Bosniya və Herseqovinada qocalar evində baş verən yanğında bir neçə nəfərin öldüyü bildirilir.

APA xəbər verir ki, Bosniya və Herseqovinanın Tuzla şəhərində axşam saatlarında hələlik məlum olmayan səbəbə görə yanğın baş verib.

Baş vermiş yanğını söndürmək məqsədilə yanğınsöndürənlər cəlb olunub.

Yanğın nəticəsində bir neçə nəfərin öldüyü, bir çox yaralının isə xilas edilərək xəstəxanalara aparıldığı bildirilir.

Hazırda yanğının nəzarətə alındığı, axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilir.

Bosniya Bosniya
Chosen
3
2
apa.az

5Sources