EN

Zaxarovanı təsdiqlədilər: Ölkə dağıla bilər

ain.az, Sherg.az portalına istinadən məlumat verir.

“Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Ukraynaya dair İtaliya hökumətinin israfçı siyasəti barədə söylədikləri doğrudur, bu, iqtisadiyyatı çöküşlə hədələyir”.

Teleqraf xəbər verir ki, bunu İtaliyanın keçmiş iqtisadi inkişaf nazirinin müavini Mikele Ceracçi deyib.

“O, tamamilə haqlıdır, əslində, hələ çox yumşaq söyləyib. Çünki problem təkcə Ukrayna üçün ayrılan pullarda deyil, həm də artıq üç ildir italiyalıların beyninə yeridilən fikirlərdədir ki, bu da İtaliyanı çöküşlə üz-üzə qoyur”, - o bildirib.

Mariya Zaxarova bundan öncə Teleqram kanalında yazmışdı ki, Ukraynaya milyardlarla yardım səbəbindən İtaliya dağıla bilər. Onun bu açıqlamasına görə Rusiyanın İtaliyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
24
2
sherg.az

3Sources