EN

Ələtdə günəş panelləri buraxılacaq

ain.az, Xalq qazeti saytına istinadən bildirir.

Ələtdə günəş panelləri istehsal edən yeni müəssisələr fəaliyyətə başlayacaq. Bu barədə Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov İstanbul Sənaye Palatasının məclis üzvləri ilə Bakıda keçirilmiş biznes görüşü zamanı məlumat verib.

Hazırda Ələt Azad İqtisadi Zonasının 200 hektara yaxın ərazisinin olduğunu diqqətə çatdıran sədr bildirib ki, artıq burada 138 hektar sahə investorlara təqdim edilib. Onun sözlərinə görə, yerdə qalan ərazilər üzrə də inşaat işləri bir-iki həftəyə bitəcək və investorların ixtiyarına veriləcək.

V.Ələsgərov qeyd edib ki, indiyədək günəş panelləri istehsal edən 3 fabrik üçün 23 hektar ərazi ayrılıb. Həmin fabriklərdən 1-də günəş panelləri buraxılacaq. Digər 2 fabrikdə isə panellərin istehsalında istifadə olunan silikon kristalları və digər məhsullar hazırlanacaq.

Diqqətə çatdırılıb ki, ötən müddətdə Ələt Azad İqtisadi Zonasında Çin, Hindistan, Rusiya, İsrail və Türkiyə şirkətləri qeydiyyatda keçiblər: “Onlardan 4-ü inşaat işləri aparır. Şirkətlərdən 2-si bu ilin sonunadək razılaşdırılmış məhsullarının istehsalına başlayacaq. Digər 2-si isə müvafiq işlərə başlayıb və növbəti illərdə məhsullarının təqdim ediləcəyi planlaşdırılır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
5
1
xalqqazeti.az

2Sources