EN

ABŞ-da yük təyyarəsinin qəzaya uğraması nəticəsində 7 nəfər ölüb, çoxlu sayda insan yaralanıb

Kentukki ştatının Luisvil şəhərində hava limanından qalxan McDonnell Douglas MD-11 tipli yük təyyarəsi qəzaya uğrayıb.

QHT.az xəbər verir ki, hadisə nəticəsində 7 nəfər həlak olub, 11 nəfər isə ağır xəsarətlər alıb. Qubernator Endi Beşir bildirib ki, yaralıların vəziyyəti “çox ciddi” olaraq qiymətləndirilir. Louisville yanğınsöndürmə rəisi Brayan O’Nil isə qeyd edib ki, ölənlərdən dördü təyyarənin göyərtəsində olmayıb.

Şahidlərin çəkdiyi videolarda təyyarənin sol qanadında alov və tüstü izləri görünür. Qısa müddət sonra hava gəmisinin yerə çırpılması nəticəsində böyük partlayış və yanğın baş verib. Aviasiya hüquqşünası Pablo Rojas bildirib ki, ilkin ehtimala görə, yanğın mühərrik yaxınlığında başlayıb və təyyarənin daşıdığı böyük miqdarda yanacaq partlayışı qaçılmaz edib.

Hadisədən sonra Louisville hava limanı müvəqqəti bağlanıb, bu gün səhər saatlarında yenidən fəaliyyətini bərpa edəcəyi gözlənilir.

 

R.İmanov

Chosen
49
qht.az

1Sources