2025-ci ilin oktyabr ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 98 nəfər müxtəlif mənşəli zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub.
Â
Bu barədə Trend-in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlunat verib.
Â
O bildirib ki, vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 94 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar:
Â
"Pasiyentlərin 44 nəfəri dərman preparatlarından, 30 nəfəri sirkə turşusundan, 5 nəfəri spirtli içkilərdən, 5 nəfəri ilan sancmasından, 3 nəfəri allergik reaksiyalardan, 2 nəfəri yandırıcı məhlullardan, 1 nəfəri fosfor üzvi birləşmələrindən, 5 nəfəri anafilaktik şokdan, 3 nəfəri isə dəm qazından zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub".
Â
Onun sözlərinə görə, tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış toksikoloji və reanimasion yardım, həmçinin intensiv terapiya və detoksikasiya tədbirləri tətbiq olunub.
Â
"Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, təəssüf ki, 4 nəfərin (3 kişi və 1 qadın) həyatını xilas etmək mümkün olmayıb.
Â
Ölüm hallarının əsas səbəbləri ağır dərəcəli anafilaktik şok, sirkə turşusu ilə zəhərlənmə və dərman preparatlarının yüksək dozada qəbulu nəticəsində yaranmış toksik vəziyyət olub",- deyə o əlavə edib.