EN

ABŞ-də yük təyyarəsinin qəzaya uğraması nəticəsində üç nəfər ölüb - YENİLƏNİB » AzadMedia.az


"McDonnell Douglas MD-11" yük təyyarəsinin ABŞ-nin Kentaki ştatının Luisvill Hava Limanı yaxınlığında qəzaya uğraması nəticəsində ölən və xəsarət alanların sayı bəlli olub.

Bu barədə ştat qubernatoru Endi Beşir məlumat paylaşıb.

Məlumata görə, qəzada üç nəfər ölüb, 11 nəfər isə yaralanıb.

"Bizdə ilkin rəqəmlər var, amma deməliyəm ki, onların artacağını gözləyirəm", - deyə Beşir bildirib. "Hazırda ən azı üç ölüm hadisəsi olduğunu düşünürük. Bu rəqəmin daha da artacağını gözləyirəm. Ən azı 11 yaralı var, onlardan bəziləri çox ciddi vəziyyətdədir və yerli xəstəxanalarda müalicə olunurlar", - o qeyd edib

03:17

"McDonnell Douglas MD-11" yük təyyarəsi ABŞ-nin Kentaki ştatının Luisvill Hava Limanı yaxınlığında qalxış zamanı qəzaya uğrayıb.

"Report" bu barədə "ABC" telekanalına istinadən xəbər verir.

Sosial şəbəkələrdə ehtimal olunan hadisə yerindən görüntülər paylaşılır. Belə ki, N259UP bort nömrəli təyyarənin "UPS" şirkətinə məxsus olduğu iddia edilir.

Hazırda xəsarət alanlar və ya həlak olanlar barədə məlumat yoxdur, hadisə yerində güclü yanğın baş verib.
Chosen
14
1
azadmedia.az

2Sources