EN

İcra Hakimiyyətinin sektor müdirinin böyük obyekti üzə çıxdı Bakının mərkəzində + SƏNƏDLƏR

ain.az bildirir, Mia.az portalına istinadən.

Yasamal rayon İcra Hakimiyyətinin sektor müdiri, baş mühasibi Qəribova Aygün Rəcəb qızı özünə obyekt inşa etdirib.

Mia.az AzFakt.com-a istinadla xəbər verir ki, İcra Hakimiyyətinin baş mühasibi A.Qəribovanın obyekti Yasamal rayonunun Arif Mehdiyev küçəsində yerləşir.

Aygün Qəribovanın Arif Mehdiyev 119 ünvanında olan obyektinin ümumi sahəsi 500 kvadrat metrə yaxındır.

Obyektin real bazar dəyərinin 2 milyon manat civarında olduğu bildirilir. 

Qeyd edək ki, Aygün Qəribova 2017-ci ildə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Yasamal Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə Fəxri Fərmanla təltif olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
5
mia.az

6Sources