EN

"Biz qayıtmaq istəyirik" adlı layihəsi başa çatıb

Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatının Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşklilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə elan etdiyi Qrant müsabiqəsinin "Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar" kateqoriyası mövzusunda "Biz qayıtmaq istəyirik" adlı layihəsi başa çatıb.

Bütün tədbirlər Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanlarımızın ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi.

Qərbi Azərbaycana açılan qapı olan Laçın şəhərindən başlayan tədbirlər, Şuşa şəhərində, Xankəndi şəhərində-Qarabağ Universitetində, Ağdam rayonunun Xıdırlı kəndində davam etmiş, yekun tədbir isə Bakı Slavyan Universitetində 300 nəfərdən artıq Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzurdan olan tələbələrin iştirakı ilə başa çatmışdır.

Bütün tədbirlərdə açılış nitqi ilə çıxış edən layihənin koordinatoru, Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatının sədri Vüqar Qədirov layihəni maliyyələşdirdiyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət DəstəyiAgentliyinə minnətdarlığını bildirdi.
Layihənin ictimai, siyasi, mənəvi əhəmiyyətindən danışan natiq 2020-ci ildə 44 gün davam edən Vətən Müharibəsində düşmən üzərində qazandığımız möhtəşəm qələbədən və 2023-cü ilin sentyabr ayında 1 gündən də az davam edən antiterror tədbirləri nəticəsində Qarabağda öz Dövlət suverenliyimizin təmin edildiyini bildirdi. İşğaldan azad olunan Qarabağda və Şərqi Zəngəzurda sürətlə və yüksək keyfiyyətlə aparılan tikinti-bərpa, quruculuq işləri nəticəsində ermənilər tərəfindən xarabazara çevrilmiş torpaqlarımızın yenidən dirçəldildiyini və bu ərazilərdə ən müasir, yüksək infrastruktura malik şəhər və kəndlərin inşa edildiyini qeyd etdi.

Mərhələli şəkildə keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarında daimi məskunlaşma prosesinin həyata keçirildiyini qeyd edən Vüqar Qədirov yaxın illər ərzində bu prosesin uğurla başa çatacağını, hər bir şəxsin öz ata-baba yurdlarında yaşamlarının təmin olacağını vurğuladı.
Vüqar Qədirov bildirdi ki, 44 gün davam edən Vətən Müharibəsində kapituliyasiya aktına imza atan Ermənistan öz üzərinəbir çox öhdəliklər götürmüşdür ki, bunlardan da biri Zəngəzur Dəhlizinin açılmasıdır. O, təəssüflə qeyd etdi ki, bu illər ərzində Ermənistan rəhbərliyi ona havadarlıq edən dövlətlərin dəstəyi və revanşist qüvvələrin təzyiqi nəticəsində öz Konstitusiyalarından Azərbaycana qarşı əsassız ərazi iddiaları bəndini çıxarmır və Zəngəzur Dəhlizinin açılmasından boyun qaçırır. Buna baxmayaraq Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsindəcari ilin avqust ayının 8-də Amerika Birləşmiş Ştatlarında bu ölkənin Prezidenti Donald Trampın şahidliyi ilə Ermənistanın baş naziri Nikol Paşinyanla sülh müqaviləsinin paraflanmasını imzaladılar. Natiq bununla da Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün dünyanın super gücü olan ABŞ qarşısında öhdəlik götürməyə məcbur olduğunu bildirdi.

Tədbirlərdə çıxış edən İncəsənətin Tərəqqisinə Dəstək ictimai birliyinin sədriTuranə Orucova 20-ci əsrdə 3 dəfə Qərbi Azərbaycanlıların öz tarixi ata-baba torpaqlarından zorla deportasiya olunduğunu, tarixi abidələrinin, maddi-mədəni irsinin Ermənistan tərəfindən məhv edildiyini bildirdi.
Laçın şəhərində çıxış edənlər arasında 2 saylı Laçın şəhər 2 saylı tam ortaməktəbin direktoru Sevinc Cabbarova, Şuşa şəhərində keçirilən tədbirdə 1 saylı Şuşa şəhər tam ortaməktəbin direktoru Səbinə Gözəlova, məktəbin məzunu gənc vokalist İbrahim Quliyev, Xankəndi şəhərində- Qarabağ Universitetində keçirilən tədbirdə çıxış edən universitetin Elm və innovasiyalar üzrə prorektoru Fariz Əhmədov, Universitetin müəllimi Əzizağa Nəcəfov, tələbələr, Ağdam rayonunun Xıdırlı kəndində keçirilən tədbirdə Ayköl Manas adına Xıdırlı kənd tam ortaməktəbin direktoru Mətanət Məmmədova, məktəbin psixoloqu Şəmistan Teymurov, müəllimlərdən Şərifə Hüseynova vəgənc müəllimlər çıxış edərək 30 ildən sonra öz ata-baba yurdlarına qələbəmiz sayəsində ləyaqətlə qayıdışın sevincini yaşadıqlarını, tezliklə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qüdrətli, vətənpərvər siyasəti nəticəsində Qərbi Azərbaycanlıların da öz əzəli torpaqlarına qayıdacaqlarına əmin olduqlarının bildirdilər.

Chosen
24
5
aznews.az

6Sources