EN

2026-cı ildə DSMF xərcləri 8,5 milyard manatı ötəcək

2026-cı il üzrə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri 8 milyard 483,07 milyon manat məbləğində proqnozlaşdırılıb. Bu göstərici 2025-ci ilin təsdiqlənmiş proqnozundan 806,65 milyon manat və ya 10,51 faiz çoxdur.

Modern.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və  Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirə edilən qanun layihələrində öz əksini tapıb.

Məlumata görə, gələn il fondun ümumi xərclərinin 96,62 faizi yəni 8 milyard 196,45 milyon manatı əhaliyə birbaşa ödənişlərə yönəldiləcək. Bu vəsaitin əsas hissəsi - 7 milyard 992,88 milyon manatı əmək pensiyalarının, 203,57 milyon manatı isə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin ödənilməsinə sərf olunacaq.

2026-cı ildə əhaliyə ödənişlərin həcmi 2025-ci ilin proqnozu ilə müqayisədə 787,51 milyon manat və ya 10,63 faiz artım göstərəcək. Əmək pensiyalarının ödənilməsi xərcləri isə bu ödənişlərin 97,52 faizini təşkil edəcək.
 

Chosen
34
1
modern.az

2Sources