EN

UEFA Gənclər Liqasında Azərbaycan komandaları növbəti oyunlarını keçirəcəklər

Bu gün “Sabah” və “Qarabağ” klublarının U-19 komandaları UEFA Gənclər Liqasında növbəti matçlarını keçirəcəklər.

İdman.Biz xəbər verir ki, Ağdam təmsilçisi əsas mərhələnin IV turunda, Bakıda İngiltərənin “Çelsi” kollektivini qəbul edəcək.

Oyun “Azərsun Arena”da, saat 15:00-da start götürəcək.

“Sabah” isə UEFA Gənclər Liqasının II təsnifat mərhələsinin cavab matçında Fransa təmsilçisi “Nant”ı qəbul edəcək. Bu görüş Əlincə sradionunda, saat 17:00-da başlayacaq. “Bayquşlar” səfərdəki ilk görüşdə rəqibinə 0:5 hesabı ilə uduzub.

İdman.Biz

Chosen
16
4
idman.biz

7Sources