EN

“Golden Boy”un yeni sahibi məlum oldu

Yeniavaz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Fransanın “Paris Saint-Germain” (PSJ) klubunun hücumçusu Desire Due 21 yaşa qədər Avropanın ən yaxşı oyunçusuna verilən illik “Golden Boy” mükafatını qazanıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə mükafatı təsis edən “Tuttosport” nəşri məlumat yayıb.

Qeyd edək ki, ötən mövsüm Due PSJ ilə Fransa çempionluğunu qazanıb, Fransa Kuboku və Çempionlar Liqasının qalibi olub və 2024/25 mövsümü üçün turnirin ən yaxşı gənc oyunçusu seçilib.

O, PSJ-də 61 matçda 16 qol vurub və 16 məhsuldar ötürmə edib. Due həmçinin, 2024-cü il Paris Olimpiadasında gümüş, 2025-ci ildə Millətlər Liqasında bürünc medal qazanıb.

Xatırladaq ki, “Golden Boy” mükafatı 2003-cü ildə “Tuttosport” qəzeti tərəfindən təsis edilib. Bu mükafat hər il Avropa liqalarının yüksək divizionunda çıxış edən 21 yaşdan aşağı futbolçuya verilir. 2024-cü ildə mükafatı “Barselona”nın ispaniyalı hücumçusu Lamin Yamal qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
10
1
yeniavaz.com

2Sources