EN

“8 Noyabr Tarixi ədalətin bərpası və xalqımızın qəhrəmanlıq salnaməsidir” – Tahir Süleymanov

Azərbaycan xalqı hər il 8 Noyabr tarixini böyük qürur və dərin iftixar hissi ilə qeyd edir.
Bu əlamətdar gün Vətənimizin müasir tarixində dönüş nöqtəsi olmaqla, xalqımızın sarsılmaz azadlıq iradəsini, dövlətimizin qüdrətini və milli birliyimizin əzəmətini əks etdirir.

2020-ci il sentyabrın 27-də Ermənistanın həyata keçirdiyi hərbi təxribatlara cavab olaraq başlanan 44 günlük Vətən müharibəsi, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi sayəsində xalqımızın tarixi Qələbəsi ilə yekunlaşdı.

“Dəmir Yumruq” əməliyyatı çərçivəsində Azərbaycan Ordusu düşmənin illərlə möhkəmləndirdiyi müdafiə sədlərini aşaraq qısa müddət ərzində torpaqlarımızı azad etdi, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi.

Müharibənin zirvə nöqtəsi Şuşanın azad edilməsi oldu. Qəhrəman Azərbaycan əsgərləri misilsiz igidlik və əzm nümayiş etdirdi, milli ruhumuzun, mədəniyyətimizin və dövlətçilik irsimizin rəmzi olan qədim Şuşanı düşmən işğalından azad etdilər.

2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciət edərək bu tarixi Qələbə xəbərini elan etdi.

Həmin gün xalqımız yalnız Qələbənin deyil, həm də illərin həsrətinə son qoyan tarixi ədalətin bərpasının sevincini yaşadı.

Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə 8 Noyabr “Zəfər Günü” elan edildi.
Bu qərar xalqımızın qəhrəmanlıq salnaməsini əbədiləşdirərək gələcək nəsillərə şanlı miras kimi ötürür.
Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında həyata keçirilən siyasət, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi milli inkişaf strategiyasının ardıcıl və uğurlu davamı kimi ölkəmizin dayanıqlı tərəqqisini təmin edir.

Bu strategiyanın məntiqi zirvəsi kimi Ulu Öndərin “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” kəlamı 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə ilə reallığa çevrildi.

Bu gün azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir.
Qarabağ və Şərqi Zəngəzurda reallaşan nəhəng infrastruktur layihələri, “Böyük Qayıdış” proqramı Azərbaycanın güclü gələcəyinin əsasını formalaşdırır və bölgənin dirçəlişinə yeni nəfəs verir.

8 Noyabr – Zəfər Günü xalqımızın birliyinin, müstəqilliyimizin və qalib ruhumuzun simvoludur.
Azərbaycan bu gün qalib xalq və qalib dövlət kimi tarixdə əbədi iz qoymuşdur.

Tahir Süleymanov

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini 

Chosen
13
3
7times.az

10Sources