EN

2025-2026-cı illərdə Azərbaycanda neft hasilatının həcmləri açıqlanıb

Bu il Azərbaycanda neft hasilatı 28,5 milyon ton həcmində proqnozlaşdırılır ki, bu da 2024-cü ilin faktiki göstəricisindən 2,1 % azdır.

Maliyyə naziri: "Neft və qaz qiymətlərində azalma gözləyirik"

FED.az xəbər verir ki, büdcə materillarına görə,  2026-cı ildə Azərbaycanda neft hasilatı 27,6 milyon ton həcmində proqnozlaşdırılır, bu isə 2025-ci ilin proqnoz göstəricisindən 3,2 % azdır.

Xəbər verildiyi kimi, 2024-cü ildə Azərbaycanda 29,1 milyon ton neft hasil olunub ki, bu da 2023-cü ilin göstəricisindən 3,6 % azdır.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 20 milyon 675,7 min ton neft (kondensatla birlikdə) hasil edilib, bu, 2024-cü ilin 9 ayı ilə müqayisədə 4,6 % azdır. (Report)

Chosen
38
fed.az

1Sources