EN

Deputat ətin baha olmasından danışdı Səbəb bu imiş

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

“Artıq mağaza və bazarlarda Braziliya, Qazaxıstan, Monqolustan, Belarus, Ukrayna və hətta bəzi Avropa ölkələrindən gətirilən ət növləri üstünlük təşkil edir. Rəsmi statistikaya görə, ötən il Azərbaycana idxal olunan ətin həcmi 41 faiz artıb. Azərbaycanın mal əti ilə özünü təminatı 91-92 faiz, xırdabuynuzlularda isə 97-98 faiz həcmindədir. Lakin ötən il ət 20 faiz civarında bahalaşıb. Bahalaşmanın daha da çox olmaması üçün isə idxal da vacibdir”.Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Müşfiq Cəfərov deyib. O bildirib ki, Azərbaycanda yerli ətin qiymətinin bahalaşması heyvandarlığın azalması ilə əlaqəlidir:“Heyvandarlığın azalmasının isə əsas səbəbləri kənd yerlərində örüş sahələrinin azalması, yem qiymətlərinin bahalaşması, baytarlıq xidmətində kəndliyə yardımın göstərilməməsi, eləcə də məhsul satışında olan əngəllərdir. Nəticədə bu sahəyə olan maraq azalır. Digər səbəblərdən də su qıtlığının olmasıdır. Vətəndaşlar bildirir ki, “4 hektar yonca sahəsini yalnız 1 dəfə biçmişəm, su yoxdur deyə, yem də yoxdur. Qış üçün yığdığım yemin bir hissəsini artıq heyvanlarıma yedizdirmişəm. Təbii ki, belə ziyanla işləyən kəndli bir də mal-qaranı saxlamaz”.Deputat qeyd edib ki, ətin qiymətinin artması digər xidmət sahələrində də bahalaşmaya səbəb olur:“Burada bir sıra təxirəsalınmaz işlərin görülməsi vacibdir. Xüsusən də ət tələbatını ödəmək üçün cins heyvanlar yetişdirilməlidir. Ən başlıca problem isə yem bazasının zəifliyidir. Azərbaycanda ət o zaman bol olacaq ki, ot istehsalı kifayət qədər çox olsun. Ot yoxdursa, ət də olmayacaq. Ölkədə ətin qiymətinin artması onu göstərir ki, istehsal azalır, çünki yem istehsalı tələbatdan xeyli azdır.Bütün bunlar ümumi istehsala mənfi təsir göstərir. Təsəvvür edin, iri buynuzlu heyvanlarda gündəlik artım cəmi 400 qramdır. Buna görə də ətin maya dəyəri baha başa gəlir. Çünki yem də bahadır”.Cavidan Mirzəzadə

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
39
demokrat.az

1Sources