Moskva və Tehrandan amerikalıların “Tramp marşrutu”nda iştirakına qarşı heç bir açıqlama verilməyib.
APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Ararat Mirzoyan İrəvandakı "Orbeli Forumu"nda bildirib.
O deyib ki, Ermənistanda artıq Amerika şirkətləri, eləcə də Argentina, Çin şirkətləri fəaliyyət göstərir.
“TRİPP isə siyasi diqqəti cəlb edir və sülhün qarantlarından və alətlərindən biridir”, - Mirzoyan əlavə edib.