EN

Nazir: Son 7 ildə maliyyə tutumu 7,6 milyard manat olan 5 sosial islahat zərfi həyata keçirilib

Son 7 ildə Azərbaycanda 5 sosial islahat zərfi həyata keçirilib.

APA xəbər verir ki, bunu sı Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.

Nazir bildirib ki, bu islahatlar 4 milyon vətəndaşı əhatə edib, maliyyə tutumu isə illik əlavə 7,6 milyard manat olub: “Cari ildə 5-ci sosial islahat zərfi çərçivəsində 1 yanvar tarixindən minimum əməkhaqqı 16% artırılaraq 400 manata, 1 fevral tarixindən isə minimum pensiya 14% artırılaraq 320 manata çatdırılıb. Həmçinin, 1 iyul tarixindən sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin, 1 sentyabr tarixindən isə tələbə təqaüdlərinin məbləğləri artırılıb”.

Chosen
3
5
apa.az

6Sources