EN

Neftçi Polşa klubunu qonaq edir, Abşeron Lions isə Estoniyada meydana çıxacaq

ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

Bu gün basketbol klublarımız FIBA Avropa Kubokunda növbəti oyunlarını keçirəcəklər.Sport24.az xəbər verir ki, I qrupunda mübarizə aparan "Neftçi" IV turda Polşanın "Trefl" komandasını qəbul edəcək.

Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

Qrupun digər matçında "Abşeron Lions" Estoniyada "Kalev"in qonağı olacaq. Bu görüşün start fiti Bakı vaxtı ilə saat 21:30-da səslənəcək. 

Qeyd edək ki, "Trefl" 6 xalla liderdir. "Neftçi" 5 xalla ikinci, "Kalev" 4 xalla üçüncü, "Abşeron Lions" isə 3 xalla dördüncü sırada qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
71
sport24.az

1Sources