EN

Azərbaycanın veteran cüdoçuları dünya çempionatında daha iki medal qazanıblar

Fransanın paytaxtı Parisdə cüdo üzrə veteranlar arasında keçirilən dünya çempionatında Azərbaycan millisinin medal sayı üçə çatıb.

90deqiqe.Az xəbər verir ki, M3 yaş kateqoriyasında Vüqar Babayev (66 kiloqram), M4 kateqoriyasında isə Zaur Bağırov (+100 kiloqram) bürünc mükafat qazanıblar.

Təmsilçilərimiz üçüncü yer uğrunda görüşlərdə, müvafiq olaraq, fransalı Erik Şillevaerti və Sedrik Dequzeni məğlub ediblər.

Xatırladaq ki, ilk yarış günündə Qurban Məmmədli də (M2, +100 kiloqram) bürünc medala layiq görülüb.

Chosen
7
2
90deqiqe.az

3Sources