EN

Cənubi Koreyada kişi orqan donorluğu ilə 100 xəstənin həyatını xilas edib

Bakı. Trend:

Cənubi Koreyada dul bir kişi bütün orqanlarını ehtiyacı olanlaravəsiyyət edərək onlarla insanın həyatını xilas edib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, 60 yaşlı Mun Çu Hvan 2025-ci il avqustun 9-daqəfil vəfat etdikdən sonra toxuma donoru kimi təxminən 100 xəstəninhəyatda qalmasına vəsilə olub. O, dostu ilə söhbət edərkən huşunuitirib və Çxonmun Universiteti xəstəxanasına çatdırılıb, buradahəkimlər beyin fəaliyyətinin dayandığını müəyyənləşdiriblər.

Hvan həyatda olarkən daim donor kartı gəzdirir və oğlu iləbirlikdə əvvəlcədən orqan donoru reyestrində qeydiyyatdan keçmişdi.Buna görə də bütün bioloji materiallar Milli Orqan, Toxuma və Qanİdarəetmə İnstitutuna təhvil verilib.

Mütəxəssislərin sözlərinə görə, bu hadisənin özəlliyi ondadırki, donor toxumaları beş ilədək saxlanıla və bir çox ağırxəstələrin orqan funksiyalarının bərpası üçün istifadə oluna bilər.Bu isə dərhal transplantasiya tələb edən orqanlardan fərqlənir.

Məqalədə:
Chosen
73
az.trend.az

1Sources