EN

Ekoloji problem Qurugöl həmişəlik məhv ola bilər

ain.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Su təchizatı kanallarının köhnəlməsi və dağılması Qurugöl beynəlxalq bataqlıq ərazisinə suyun verilməsinin qarşısını alıb və bu tendensiya davam edərsə, Qurugöl həmişəlik məhv olmaq riski ilə üzləşəcək.

Gunaz.tv

Bunu Şərqi Azərbaycanın Ətraf Mühitin Mühafizəsinin başçısı Məhəmməd Hüseyn Həsənzadə deyib.

O, ekoloji fəlakətin qarşısının alınması üçün təcili tədbirlər görülməsinin və su nəqli kanallarının bərpası üçün vəsait ayrılmasının vacibliyini bildirib.

Qeyd edək ki, Qurugöl İranda beynəlxalq qeydiyyatdan keçmiş və dünya səviyyəsində təbiət abidəsi kimi siyahıya alınmış 26 göldən biridir.

200 hektar sahəsi olan göl 260 adda müxtəlif bitki növünə malik olmaqla yanaşı, çox sayda yerli və köçəri quş növlərinin sığınacaq yeridir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
1
icma.az

2Sources