EN

2026-cı ildə dövlət büdcəsi xərclərinin 31,1% sosial yönümlü olacaq

Azərbaycan 2026-cı ildə sosial yönümlü xərcləri artıracaq. Bunu parlamentdə 2026-cı il dövlət və icmal büdcə layihələrinin müzakirəsi zamanı maliyyə nazirinin müavini Himalay Məmişov bildirib.

Onun sözlərinə görə, gələn il sosial xərclərə 17,1 milyard manat, yəni dövlət büdcəsi xərclərinin 31,1 faizi həcmində vəsait ayrılması nəzərdə tutulur. Bu, 2025-ci illə müqayisədə 213 milyon manat və ya 1,3 faiz çoxdur.

Məmişov qeyd edib ki, sosial müdafiə və sosial təminat xərclərinə ayrılan vəsait 4,9 milyard manat təşkil edəcək ki, bu da əvvəlki illə müqayisədə 6,6 faiz artımdır. Bu vəsaitin 3,2 milyard manatı sosial ödənişlərə və digər sosial təminat tədbirlərinə yönəldiləcək.

Nazir müavininin sözlərinə görə, 2026-cı ildə təhsil və elm xərcləri 5,2 milyard manat, səhiyyə xərcləri isə 2,1 milyard manat olacaq. 

Müdafiə və milli təhlükəsizlik sahəsinə 8,7 milyard manat, işğaldan azad olunmuş ərazilərin bərpasına isə 3,5 milyard manat ayrılması planlaşdırılır.

Məmişov bildirib ki, büdcə siyasətinin əsas məqsədi iqtisadi artımı dəstəkləmək, sosial rifahı yüksəltmək və fiskal intizamı gücləndirməkdir. 

2026-cı il dövlət büdcəsinin gəlirləri 37 milyard manat, xərcləri isə 37,6 milyard manat proqnozlaşdırılır.

N.Təbrizli

Chosen
39
anews.az

1Sources