EN

Mirzoyan Zəngəzur dəhlizi ilə bağlı azərbaycanlı jurnalistin sualını CAVABLANDIRDI

Uzun illər ərzində Ermənistan və Türkiyə sakinləri qapalı sərhəd şəraitində qarşılıqlı əlaqə saxlayıb, ticarət münasibətləri qurublar, baxmayaraq ki, bu əlaqələr üçüncü ölkələr vasitəsilə həyata keçirilirdi.

Bizim.Media erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Orbeli” analitik mərkəzi tərəfindən təşkil olunan “Sülh haqqında viktorina: Ermənistanın xarici işlər naziri ilə söhbət” adlı konfransda çıxış edərkən bildirib.

Nazirin sözlərinə görə, Azərbaycanla bağlı vəziyyətdə təmaslar hökumət səviyyəsində baş verir, lakin vətəndaşlar arasında əlaqələrin qurulması vaxt tələb edir.

Mirzoyan vurğulayıb ki, bu, ağrılı, amma keçilməli olan bir prosesdir.

Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan TRIPP layihəsinin (Zəngəzur dəhlizi – red.) açılma tarixi barədə dəqiq məlumat verməyib. “Orbeli” analitik mərkəzinin təşkil etdiyi həmin konfransda azərbaycanlı jurnalist tərəfindən ona sual ünvanlanıb:
 

“2028-ci ilə qədər Qars–Naxçıvan xəttinin və Azərbaycanın ərazisində müvafiq infrastrukturun açılması planlaşdırılır. Bəs Ermənistan hissəsi nə vaxt hazır olacaq?”.


Nazir konkret tarix göstərməyib, lakin qeyd edib ki, “biz bu məsələni bu gün də Amerika tərəfi ilə müzakirə edirik – sənədləşmə işlərindən tutmuş elektron skanerlərin quraşdırılmasına qədər texniki məsələlər gündəmdədir.”

Mirzoyan xatırladıb ki, İrəvan layihənin tez bir zamanda işə düşməsində maraqlıdır:

“Əgər sizin üçün Naxçıvanla əlaqə vacibdirsə, bizim üçün də blokadanın aradan qaldırılması önəmlidir.”
 

O həmçinin bildirib ki, Bakı Ermənistana tranzitlə bağlı blokadanı aradan qaldırıb və “bu, mühüm və hiss olunan addımdır.” Ermənistanın isə öz növbəsində Türkiyədən Azərbaycana tranziti təmin etməyə hazır olduğunu vurğulayıb.


Bu kontekstdə Mirzoyan Qars–Gümrü yolunun açılmasının vacibliyini qeyd edib – bu yol Avropadan Şərqə yük daşımalarının tranzitini təmin edəcək.

Bizim.Media

Chosen
13
bizim.media

1Sources