EN

Azərbaycanda bu fondun adının dəyişdirilməsi təklif olunur

"İşsizlikdən Sığorta Fondunun adını dəyişib Məşğulluq və İşsizlikdən Sığorta Fondu adlandıraq. Fondun xərclərinin əhəmiyyətli hissəsi sosial proqramların maliyyələşdirilməsi və məşğulluğun təminatı üçün istifadə olunursa, fondun adında məşğulluq sözününn olması məqsədəuyğundur".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında “Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.

Deputatın sözlərinə görə, İşsizlikdən Sığorta Fondunun 2026-cı il xərcləri 266.4 milyon manat olacaq ki, onun da 77.0 milyon manatı, yəni 30 faizə yaxını özünüməşğulluq tədbirlərinin təşkilinə sərf ediləcək:

"İşsizliyə görə sığorta ödənişləri 28.0 milyon manat olacaq ki, bu da ümumi xərclərin 10.5 faizi deməkdir. Göründüyü kimi, fondun vəsaitlərin əhəmiyyətli hissəsi işsizliyə görə sığorta ödənişlərindən kənar istiqamətlərə yönəldiləcək. Aktiv sosial proqramlara daha çox vəsait yönəltdiyini nəzərə alaraq fondun adının dəyişdirilməsi onun fəaliyyət istiqamətlərinə və eləcə də fəlsəfəsinə daha uyğun olardı. Təklif edirəm ki, fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq adının dəyişdirilməsi və yeni adda fondun yaradılması həyata keçirilsin".

Anar Kəlbiyev

Chosen
29
1
unikal.az

1Sources