EN

Flik “Barselona”dan getmək istəyir

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik mövsümün sonunda klubdan ayrıla bilər.

Msport.az xəbər verir ki, alman mütəxəssis yayda istefa vermək niyyətində olduğunu artıq məşqçilər heyətinə bildirib.

Buna səbəb kimi toplanmış yorğunluq və klubdaxili vəziyyətdən yaranan məyusluq göstərilir. Flik bəzi futbolçuların işə münasibətindən narazıdır və “Barselona” rəhbərliyindən kifayət qədər dəstək görmədiyini düşünür.

Məşqçi hesab edir ki, klub ona layihəsini tam şəkildə reallaşdırmaq imkanı vermir. “Barselona” hələlik bu məlumatla bağlı rəsmi açıqlama yaymayıb.

Hazırda kataloniyalılar La Liqada 25 xalla ikinci pillədə qərarlaşıblar. Komanda lider “Real”dan( Madrid) beş xal geri qalır.

Chosen
14
1
msport.az

2Sources