EN

Azərbaycanda vəkil hoteldə öldü

Yevlaxda 37 yaşlı kişi dərmandan zəhərlənərək ölüb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax şəhərinin ərazisində yerləşən “Həmdəm” hotelində baş verib.

Hoteldə qalan 1988-ci il təvəllüdlü Elkin Zakir oğlu Kərimli dərmandan zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ölən Elkin Kərimli vəkildir ("Fortiori" vəkil bürosunun üzvü).

O, 2019-cu ildə imtahanda iştirak edərək vəkilliyə qəbul olunub. Vəkil kimi Bakıda fəaliyyət göstərib.

Chosen
10
6
redaktor.az

10Sources