EN

Qocalar evində dəhşətli yanğın: 10 nəfər ölüb

Bosniya və Herseqovinanın şimalında noyabrın 4-də qocalar evində baş verən yanğın 10 nəfərin həyatına son qoyub.

Publika.az xəbər verir ki, bu barədə "Radio Slobodna Europe" məlumat yayıb.

Ölənlər qocalar evinin sakinləridir. Onların meyitləri şəxsiyyətin müəyyən edilməsi üçün xüsusi mərkəzə təhvil veriləcək. Daha 20 nəfərə isə tibbi yardım göstərilir.

Hadisə yerində əməliyyat-istintaq qrupu işləyir.

Qeyd edək ki, yanğın axşam saatlarında qocalar evinin üst mərtəbəsində baş verib. Tuzla qubernatoru bildirib ki, hazırda bina sakinləri üçün müvəqqəti yaşayış yeri axtarılır.

Chosen
27
publika.az

1Sources