EN

Ukrayna ordunu doldurmaq üçün müddətli hərbi müqavilələr tətbiq edəcək

Ukrayna şəxsi heyətin çatışmazlığı fonunda Silahlı Qüvvələrdə mövcud çağırış sisteminə əlavə olaraq müddətli hərbi xidmət sistemi tətbiq edəcək.

Herbiand.az bildirir ki, bu barədə “The New York Times” yazır.

Nəşrin yazdığına görə, son vaxtlara qədər ukraynalı hərbçilər müddətsiz müqavilələr əsasında xidmət edirdilər. Lakin müddətsiz xidmətin cəbhə bölgələrinə “birtərəfli bilet” olduğu hesab edildiyi üçün bu sistemdən imtina etmək qərarı verildi.

Ukraynanın müdafiə naziri Denis Şmıqal söyləyib ki, yeni sistemə əsasən, əsgərlər bir ildən beş ilədək müddətə müddətli müqavilələr imzalaya biləcəklər: “Yeni çağırış sistemi səfərbərliyi əvəz etməyəcək, lakin iki il və daha çox müddətə müqavilə bağlayan əsgərlər müddət bitdikdən sonra gələcək səfərbərlikdən bir illik möhlət alacaqlar”.

Bəxtiyar CƏFƏRLİ

Chosen
54
herbiand.az

1Sources