EN

Gəncə Dövlət Universitetinin kitabxanasına yeni kitablar əlavə edildi

ain.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Gəncə Dövlət Universitetinin Kitabxana fondunun zənginləşdirilməsi məqsədilə yeni alınmış 760 nüsxədən ibarət dərslik və dərs vəsaitinin təqdimatı keçirilib. 

Modern.az xəbər verir ki, universitetin Kitabxana və İnformasiya Mərkəzinin müdiri Ayşən Əhmədova çıxış edərək bildirib ki, Əsaslı kitabxana, 3 şöbə, 1 filial və 13 qiraət zalından ibarət Gəncə Dövlət Univesietitinin  Elmi kitabxanası respublikanın zəngin kitabxanalarından biridir. Son illər ərzində universitet rəhbərliyinin dəstəyi ilə kitabxana fondu xeyli zənginləşdirilib, müasir texnologiya avadanlıqları ilə təmin olunub.

Ayşən Əhmədova tələbələrə yeni dərsliklər və dərs vəsaitləri haqqında geniş məlumat verib. Qeyd edilib ki, bu nəşrlər kafedralarla kitabxananın birgə əməkdaşlığı nəticəsində seçilərək, kitabxanada olmayan və ya nüsxəsi çatışmayan, son beş ildə nəşr olunmuş ədəbiyyatlardan ibarətdir.

Tələbələr təqdim olunan nəşrlərlə tanış olaraq universitet rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
23
modern.az

1Sources