EN

Xalq artisti Mənsum İbrahimov “Qarabağ” - “Çelsi” oyunu haqqında proqnozunu dilə gətirib

“Qarabağ” - “Çelsi” oyunu yaxınlaşdıqca bu qarşılaşma ətrafında maraq daha da artır. Futbolu sevən və Qurban Qurbanovun komandasına azarkeşlik edən şəxslər arasında idmandan uzaq peşə sahibləri də az deyil.

Belə şəxslərdən biri də, “Qarabağ”ın sadiq azarkeşlərdən olan Azərbaycanın xalq artisti, tanınmış xanəndə Mənsum İbrahimovdur.

O, qarşıdakı oyunla bağlı İdman.Biz-lə öz proqnozunu bölüşüb:

“Kim nə deyir-desin, mən “Qarabağ”ın qələbəsinə inanıram! Və bu, təkcə Ağdam rayonundan olduğum və ya sırf vətənpərvərlik hisslərimdən qaynaqlanan bir fikir deyil. Mən hesab edirəm ki, “Qarabağ” oyunu ilə sübut edib ki, onunla Avropanın aparıcı klubları, o cümlədən “Çelsi” də hesablaşmalıdır. Elə səbəbsiz deyil ki, hazırda Avropada “Qarabağ” haqqında məşhur Avropa klubları qədər danışılır. “Qarabağ”la zarafat etmək və ona yuxarıdan aşağı baxmaq olmaz! Düşünürəm ki, komandamız London klubuna layiqli müqavimət göstərəcək və 2:1 hesabı ilə qalib gələcək”, - deyə məşhur xanəndə bildirib.

Vüqar Vüqarlı

İdman.Biz

Məqalədə:
Chosen
18
idman.biz

1Sources