EN

Nobel mükafatı laureatı: “Azərbaycan mədəniyyətinin təsiri altında böyümüşəm”

Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru Əziz Səncər AMEA-nın kollektivini 80 illik yubiley münasibətilə təbrik edib.
 

Dünyaşöhrətli alim təbrik məktubunu Dünya Azərbaycanlı Alimlər Birliyinin İdarə Heyətinin sədri professor Məsud Əfəndiyev vasitəsilə göndərib. M.Əfəndiyev təbrik məktubunu Azərbaycan Milli Elmlər Akademiyanın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda səsləndirib.


Bu barədə Bizim.Media-ya AMEA-dan məlumat verilib.

Dünyaşöhrətli alim Əziz Səncər məktubda Azərbaycanın öz qəlbində xüsusi yeri olduğunu vurğulayaraq yazıb:

“Azərbaycan xalqı bilir ki, Azərbaycanın mənim qəlbimdə xüsusi yeri var və mən hər zaman özümü Azərbaycan mədəniyyətinin bir parçası hesab edirəm, hətta daha artıq – mən azərbaycanlıyam!
 

Mən Azərbaycan mədəniyyətinin böyük təsiri altında böyümüşəm və bir neçə dəfə Azərbaycanda olmuşam, xüsusilə də sizinlə birgə bir sıra mühüm elmi tədbirlərdə iştirak etmişəm.


AMEA Azərbaycan xalqının elmi sferasında mühüm rol oynayıb, oynayır və oynayacaq, öz güclü elmi potensialını Azərbaycan xalqının gözəl gələcəyi naminə səfərbər edir”.

Bizim.Media

Chosen
5
5
bizim.media

6Sources