EN

ABŞ BMT-dən bu sanksiyaların ləğvini rica etdi

Birləşmiş Ştatlar administrasiyası Suriya prezidenti Əhməd əl-Şaraaya qarşı sanksiyaların ləğv olunmasına dair qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına təqdim edib.

NOCOMMENT.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Suriya prezidentinin gələn bazar ertəsi Ağ Evdə amerikalı həmkarı Donald Trampla görüşü gözlənilir.

Qətnamə layihəsində Suriyanın daxili işlər naziri Ənəs Xəttaba qarşı sanksiyaların ləğvi də nəzərdə tutulur.

Sənədin nə vaxt səsverməyə çıxarılacağı hələlik məlum deyil. Qətnamənin qəbulu üçün ən azı lehinə doqquz səs, eləcə də Rusiya, Çin, ABŞ, Fransa və Böyük Britaniyanın vetosunun olmaması lazımdır.

Vaşinqton bir neçə aydır ki, Təhlükəsizlik Şurasının 15 üzvünü Suriyaya qarşı sanksiyaları yumşaltmağa çağırır.

Xatirə SADİQ

Chosen
36
nocomment.az

1Sources