EN

“Sevan” yoxdur, Göyçə var - Paşinyandan sonra Mirzoyan da Əliyevi müdafiə etdi

Ermənistanın baş naziri Nikol Paşinyandan sonra xarici işlər naziri Ararat Mirzoyan da Prezident İlham Əliyevin “Sevan gölü”nün Göyçə gölü olduğu haqda fikirlərinə münasibət bildirib.

Publika.az xəbər verir ki, Mirzoyan Azərbaycan Prezidentinin tarixi xəritələrə istinad etdiyini qeyd edib.

“Bu açıqlama sülh gündəminə uyğun görünməyə bilər, lakin bir məsələni aydınlaşdırmaq lazımdır. Mən heç kimi müdafiə etmək istəmirəm, amma çıxış belə idi: Çar Rusiyasının xəritələrində Sevan yoxdur, Göyçə var”, - deyə o bildirib.

Ermənistan mediası Mirzoyanın bu sözlərini Azərbaycan Prezidentinin müdafiəsi kimi şərh edib.

Paşinyan da eyni səpkili münasibət bildirmişdi: “Azərbaycan Prezidenti bəyan edib ki, Çar Rusiyasının xəritələrinə baxsaq, orada “Sevan” adı yoxdur. Əvvəlcə Əliyevin nə dediyinə baxmaq lazımdır. O, Sevanı Göyçə adlandırmır, deyir ki, Çar Rusiyasının xəritələrində Sevan adı yoxdur”.

Chosen
24
2
publika.az

3Sources