EN

Hesablama Platası DSMF və İSF ilə əlaqədar qanun layihəsi hazırlayıb

Büdcədən ayrılan transfert anlayışı artıq yoxdur. Bu ifadəni son 2-3 ildə istifadə edirik. “Dövlətin Dövlət Sosial Müdafiə Fondu qarşısında öhdəliyi” ifadəsi var.

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda pensiya sistemində dövlət öhdəliyinin müəyyənləşdirilməsi vəzifəsi qoyulub. Növbəti ildə yəqin nazirlik bu məqsədin reallaşması üçün əməli tədbirlər görəcək.

APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

“Dövlət büdcəsinin Fondun xərclərində payı” kimi ifadənin də artıq köhnədə qaldığını deməliyik. Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun qanun layihələri necə olmalıdır, hansı tələblərə cavab verməlidir, hansı sənədlərlə müşahidə olunmalıdır? Büdcə sistemi haqqında belə bir tələb yoxdur. Biz bununla bağlı layihə hazırlamışıq. İstərdik ki, bu layihəni həm parlamentə təqdim edək, həm də nazirliklə növbəti illərdə büdcə sistemi haqqında qanunun tələbləri siyahısına daxil edək. Sonda “qanun layihəsinin normativ hüquqi aktın tələblərinə uyğundur” ifadəsini istifadə edə bilək”, - deyə Hesablama Palatasının sədri qeyd edib.

Chosen
31
3
apa.az

4Sources