BAKI, 5 noyabr. TELEQRAF
“Biz Azərbaycanı ana vətənimiz hesab edirik, İsrail isə bizim tarixi vətənimizdir”.
Teleqraf xəbər verir ki, bunu Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev “Fərqliliyin rəngi” adlı festivalda çıxışı zamanı səsləndirib.
O bildirib ki, bu gün Azərbaycanda hökm sürən qardaşlıq və birgəyaşayış nümunəvidir:
“Əcdadlarımıza borcluyuq ki, belə gözəl bir ölkəni bizə vətən olaraq seçiblər. Biz Birinci və İkinci Qarabağ müharibəsində Azərbaycan xalqı ilə çiyin-çiyinə vuruşan digər millətlərin nüməyənlərinin şahidi olmuşuq. Azərbaycan bizim evimizdir və burada birgəyaşayış möhkəm əsaslara dayanır. Yaşasın, Azərbaycan!”, - o qeyd edib.