EN

“Avropa İttifaqı Ukraynanı qəbul etməyə hələ hazır deyil”- Politoloqdan şərh

“Avropa İttifaqı Ukraynanı qəbul etməyə hələ hazır deyil”.

Politoloq Anar Əliyev News365.az-a açıqlamasında bildirib ki, Avropa İttifaqının Ukraynanı üzv kimi qəbul etməyə səmimi yanaşması sual altındadır.

Onun sözlərinə görə, Aİ hazırda yalnız bəyanatlar səviyyəsində dəstək göstərir:
“Estoniyanın baş naziri Kaya Kallas 2028-ci ildən danışır, ancaq real addımlar atılmır. Ukrayna qarşısında ciddi öhdəliklər qoyulub, xüsusilə də qanunvericiliyin aliliyi məsələsində problemlər var. Müharibə şəraitində bu tələbləri yerinə yetirmək çətindir və Avropa tərəfi bunu yaxşı anlayır”.

Ekspert bildirib ki, Aİ-də Ukraynanın üzvlüyünə qarşı çıxan dövlətlər də az deyil:
“Ən açıq şəkildə bu mövqeni Macaristan nümayiş etdirir. Slovakiya kimi ölkələr də zaman-zaman eyni fikirdə olurlar. Avropa İttifaqının qərar mexanizminə görə, bir ölkənin belə etirazı prosesin qarşısını almağa kifayətdir”.

Anar Əliyev hesab edir ki, Avropa İttifaqının Ukraynanı 2028-ci ildən sonra da qəbul etməsi real görünmür:
“Əgər bu gün verilən vədlər yalnız ‘sınaq müddəti’ kimi təqdim olunursa, deməli, Aİ hələ Ukraynanın üzvlüyünə tam hazır deyil”.

Chosen
40
news365.az

1Sources