EN

“Dövlətin televiziyası elə bil buna dədəsindən qalıb”- Etibar Əiyevdən Rövşən Məmmədova SƏRT TƏPKİ

Xəbər verdiyimiz kimi "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC üzrə dövlət vəsaitlərinin və digər əmlakın idarə olunmasının auditinin nəticələri açıqlanıb. Azərbaycan Respublikası Hesablama Palatasının rəyində qeyd edilib ki, audit nəticəsində "AzTV" QSC tərəfindən əmək müqaviləsi əsasında fəaliyyət göstərən işçilərə əmək funksiyalarının icrası ilə bağlı əməkhaqqı formasında ödənilməli vəsaitlərin qonorar adı ilə rəsmiləşdirilməsinə və ödənilməsinə (ümumilikdə, 26,0 mln. manat, o cümlədən 2023-cü ildə 11,3 mln. manat, 2024-cü ildə 11,6 mln. manat, 2025-ci ilin 1-ci rübündə 3,1 mln. manat) yol verildiyi müəyyən edilib.

Bu, əmək münasibətlərinin mülki-hüquq münasibətləri kimi yanlış təsnif edilərək Əmək Məcəlləsi və Vergi Məcəlləsinin şərtləri ilə uyğunsuzluqlara səbəb olub, nəticə etibarilə məcburi sosial ayırmaların tam həcmdə tutulmaması işçilərin sosial təminat hüquqlarının məhdudlaşdırılması ilə səciyyələnib.

Nəzərə alaq ki, Hesablama Palatasının AzTV ilə bağlı söylədiyi ilk qanun pozuntusu deyil. Bütün hesabatlara qeyd edilib ki, bu təşkilat əmək haqlarının hesablanmasında qanunsuzluğa yol verir. Bu da əsasən onunla bağlıdır ki, sədr Rövşən Məmmədova yaxın şəxslər bir qayda olaraq yüksək əmək haqqı alırlar. Lakin onlarla eyni işi görənşəxslər qat-qat az maaş alırlarlar.

Bir sözlə, dövlət vəsaitini Rövşən Məmmədov öz pulu kimi sağa sola xərcləyir.

Təsadüfi deyil ki, Rövşən Məmmədovun idarəçiliyi hər zaman ciddi şəkildə tənqid olunub. Sabiq millət vəkili Etibar Əliyev Hesablama Palatasından sonra özünün sosial səhifəsində yazır:

“Bunu deyirəm: Ağır narsisizm xəstəliyinə tutulmuşun da əli milyonlarla oynayırmış. Hesablama Palatasının auditi adamı dəhşətə gətirir. Televiziyada diktatura rejimi tətbiq edib, alimləri, ziyalıları qara dəftərinə salıb. Oraları qohum əqrəbası ilə doldurub. Elə bil ki, Dövlətin televiziyası dədəsindən buna qalıb. Adamın hələ elmlər doktoru diplomu var…”

News365.az 

Chosen
51
news365.az

1Sources