EN

Zəngindən alıb yoxsula verəcək - Dünya bu müsəlmandan danışır

“ABŞ-nin Nyu Yorkdakı mer seçkilərində Uqandada doğulmuş hind əsilli şiə müsəlman, Fələstin aktivisti, 34 yaşlı Zöhran Mamdani qalib gəldi. Suriyalı xanımla evli olan gənc marksist demokrat 112 milyard dollarlıq şəhər büdcəsini idarə edəcək”.

“Yeni Sabah” xəbər verir ki, bunu politoloq Şahin Cəfərli bildirib.

O qeyd edib ki, ABŞ-ın ən böyük şəhərində bir sosialistin 50% kimi yüksək rəqəmlə zəfər qazanması cəmiyyətdə sosial dövlətə nə qədər böyük tələbat olduğunu ortaya qoyur: “Mamdani seçki platformasını “zəngindən alıb yoxsula vermək” fəlsəfəsi əsasında quraraq pulsuz şəhərdaxili nəqliyyat, pulsuz məktəbəqədər təhsil, sosial evlərin tikintisi, ev kirayəsi qiymətlərinin artmasına məhdudiyyət qoyulması, yoxsullar üçün ucuz supermarket açılması, polis zorakılığını azaldaraq bəzi hallarda onların müdaxiləsinə ehtiyac qalmadan ictimai asayişi təmin etmək üçün meriya daxilində xüsusi idarənin yaradılması və sair vədlərlə həm əhalinin gündəlik həyatda qarşılaşdığı çətinlikləri, həm də bu problemlərin həlli yollarını yaxşı bildiyini və digər sakinlər kimi sadə bir nyu yorklu olduğunu ortaya qoydu. Bu addımlar şəhər zənginlərinin ödədiyi vergilərin yüksəldilməsi hesabına maliyyələşdirilməlidir. (Bunun üçün ştat rəhbərliyinin də razılığı lazım olacaq). pizza sifarişi

Əlbəttə ki, vəd vermək asan, onları yerinə yetirmək isə çətin işdir. Bu vədlərin icrasının nə dərəcədə real olduğunu izləyib görmək lazımdır. Mamdani mer vəzifəsində də uğur hekayəsi yarada bilərsə, bunun federal syasətə ciddi təsirləri olacaq. Əslində onun qələbəsini federal əhəmiyyətli hadisə kimi qiymətləndirmək mümkündür. Çünki bu qələbə ABŞ demokratları daxilindəki proqressiv (sol) qanadın nə qədər gücləndiyini göstərir. Bu baxımdan Zöhran Mamdani təkcə respublikaçıları, Trampı, Maskı, milyarderləri, İsrail lobbisini deyil, demokratların isteblişmentini də məğlub etdi. Ənənəvi demokrat elitalar bir tərəfdən sol axının qarşısını alaraq partiya içərisində öz mövqelərini qorumaq istəyirlər. Digər tərəfdən isə onlar respublikaçıların növbəti yerli və federal seçkilərdə öz seçicilərinin maksimum mobilizasiyasına nail olub, mötədil müstəqilləri də qorxutmaq üçün “kommunist islamçı mer” təbliğat tezisi əldə edərək demokratları şeytanlaşdırmasından ehtiyatlanırlar. Bu səbəbdən demokratların başbilənləri Mamdaniyə soyuq yanaşdılar və ona aktiv dəstək vermədilər. Demokratların Konqresdəki liderləri − Nümayəndələr Palatasındakı lider Hakim Ceffris Mamdaniyə yalnız son anda dəstək açıqladığı halda, Senatdakı lider Çak Şumer ümumiyyətlə, susdu”.

Siyasi icmalçı xatırladıb ki, Nyu Yorkda 2 milyona yaxın yəhudi (onların arasında çox zəngin iş adamları var) və 1 milyona yaxın müsəlman yaşayır: “Respublikaçılar kampaniya boyunca Mamdanini cihadçı, HAMAS–çı, antisemit kimi damğalamağa çalışdılar, lakin Mamdani həm solçu yəhudilərdən, həm də qatı dindar, ultraortodoks yəhudi icmasından səs ala bildi. Eyni zamanda o, adətən seçki proseslərinə laqeyd yanaşan müsəlmanları da səfərbər edərək səsverməyə apardı.

Nyu Yorkdakı mer seçkiləri ilə paralel Virciniya və Nyu Cersi ştatlarında qubernator seçkiləri keçirilib. Hər ikisində demokratların qadın namizədləri qalib gəlib. Virciniyada baş prokuror seçkisində də demokrat namizəd qələbə qazanıb. Virciniyada vitse–qubernator vəzifəsinə seçkidə Hindistanın Heydərabad şəhərində doğulmuş Qəzalə Firdövs Haşmi respublikaçı kişi rəqibini məğlub edib. Beləliklə, Q.Haşmi ABŞ-da ştat səviyyəsindəki ali vəzifəyə seçkilərdə qalib gələn ilk müsəlman qadın olub. Mamdani və Haşminin qələbəsi demokratların sıralarında siyasətə qoşulan ABŞ müsəlmanlarının yerli səviyyədə icra və qanunverici hakimiyyət orqanlarında təmsilçiliyinin tədricən artdığını göstərir. Bu tendensiyanın gələcəkdə federal səviyyəyə proyeksiyası qaçılmazdır.

Kaliforniyada keçirilən referendumda isə əhali seçki dairələrinin xəritəsini dəyişdirmək üçün (ABŞ Konqresinə daha çox demokratın seçilməsini təmin etmək məqsədilə) demokrat qubernator Gevin Nyusomun təklifini dəstəkləyib. Bu, Teksasda respublikaçıların anoloji addımına cavabdır. G.Nyusom növbəti prezident seçkilərində namizədliyə iddialıdır.

Tramp demokratların qələbələrini seçki bülletenində Tramp adının olmaması (?) və şatdaun (Konqresin büdcəni razılaşdırmaması ucbatından hökumətin qapanması) ilə əlaqələndirib”. 


Telegram kanalımız
Chosen
28
2
yenisabah.az

3Sources