EN

İsrail 15 fələstinlinin meyitini təhvil verib

Ajans.az “Al Arabiyya” kanalına istinadən xəbər verir ki, bununla da təhvil verilən fələstinli meyitlərin sayı 285-ə çatıb. Qeyd edək ki, dünən daha bir israilli girovun meyiti HAMAS tərəfindən İsrailə qaytarılıb. HAMAS ümumilikdə 21 israilli girovun meyitini İsrailə təhvil verib.

İsrail və sözügedən silahlı qruplaşma arasında oktyabrın 10-dan etibarən atəşkəs elan olunub və insidentlərə baxmayaraq hələ də qüvvədədir.

Chosen
22
6
Ajans.az

7Sources